TƏBİB: Bu şəxslər həkimə müraciət etsinlər

   TƏBİB:    Bu şəxslər həkimə müraciət etsinlər
  28 Fevral 2020    Oxunub:3365
Koronavirusla bağlı yoxlanılmamış məlumatların yayılması sadəcə insanlar arasında ajiotaj yaradır.
Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib. Onun sözlərinə görə, operativ qərargah, 1540 "qaynar xətti" 24 saat fəaliyyət göstərir.

"Temperaturu yüksək olan, əzələ ağrıları, öskürək və burun axıntısı olan şəxslər yoxlanış üçün həkimə müraciət etsinlər", - deyə TƏBİB rəsmisi bildirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti