Koronavirus aşkarlanan şəxsin 23 yaşı var - YENİLƏNİB

Koronavirus aşkarlanan şəxsin 23 yaşı var -  YENİLƏNİB
  28 Fevral 2020    Oxunub:3849
"Azərbaycanda koronavirusla əlaqədər Astara, Cəlilabad və Qobustanda karantin xəstəxanaları, eyni zamanda, bir çox dəstək xarakterli tibb müəssisələri fəaliyyət göstərir".

Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda koronavirus aşkarlanan 1997-ci il təvəllüdlü Rusiya vətəndaşının təmasda olduğu şəxslərin müəyyən edilməsi və karantinə alınması istiqamətində iş aparılır.

TƏBİB rəsmisi qeyd edib ki, koronavirus aşkarlanan şəxs xüsusi şəraitində saxlanılır.

Bundan əlavə, Y.Qarayeva vurğulayıb ki, koronavirusla bağlı iki mərhələdə yoxlama aparılır: "Birinci yoxlama sərhəddə aparılır. İkinci mərhələdə şübhəli şəxs həkim yoxlanışından keçir. Müayinənin cavabına uyğun tədbirlər görülür. Xəstəxanalara lazımi avadanlıq və vasitələr göndərilib, dərman preparatları ilə təchiz olunub".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti