Britaniya vətəndaşı koronavirusdan öldü

Britaniya vətəndaşı koronavirusdan öldü
  29 Fevral 2020    Oxunub:1749
Yaponiyanın “Diamond Princess” kruiz gəmisində karantində olan Britaniya vətəndaşı koronavirusdan ölüb.
Azvision.az “BBC”yə istinadən xəbər verir ki, həmin şəxs koronavirusdan ölən ilk britaniyalıdır.

Ölkənin Xarici İşlər Naziliyi faktla bağlı araşdırma aparıldığını bəyan edib.

Bundan başqa, Britaniyada üç yoluxma halı qeydə alınıb. Birinci fakt Uelsdə, iki yoluxma halı isə İranda baş verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Britaniya  





Xəbər lenti