Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar

Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar
  28 Fevral 2020    Oxunub:1955
Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Biləsuvar rayon sakini A.Əliyev Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edərək fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona bıçaqla hədə-qorxu gəlib 400 manatını aldıqlarını, daha sonra “Audi” markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini E.Qədirzadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Polis   Cinayət  





Xəbər lenti