Aprel şəhidi Kamran Şirəliyevin doğum günüdür

  28 Fevral 2020    Oxunub : 990
Aprel şəhidi Kamran Şirəliyevin doğum günüdür
Bu gün Aprel döyüşlərində şəhid olan əsgər Kamran Şirəliyevin doğum günüdür.
Azvision.az xəbər verir ki, Kamran Şirəliyev 28 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. Xəzər rayonunda yerləşən H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Kamran Şirəliyev daha sonra peşə məktəbinə daxil olub. Burada da təhsilini başa vuran Kamran 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.



Əsgər Şirəliyev 2016-cı ilin aprelin 2-də təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Aprelin 6-da Suraxanı məzarlığında dəfn edilib.

Kamran Şirəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.



Azvision.az

Teqlər: Şəhid   KamranŞirəliyev