Oğurluq edən qardaşlar ələ keçdi

Oğurluq edən qardaşlar ələ keçdi
  28 Fevral 2020    Oxunub:2021
Neftçala rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-nə keçən gecə Xıllı qəsəbəsindəki evlərin birindən 1 400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri C.Bağırov və onun qardaşı saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların qəsəbə ərazisindəki daha bir evdən 1 500 manat dəyərində qızıl-zinət əşyaları, E.Kazımova, İ.Əliyevə, Ə.Zeynalova və R.Cabbarova məxsus ümumilikdə 20 baş qoyunu qəsəbənin otlaq sahəsindən oğurlamaları da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti