Həbsxanalarda sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb

  Həbsxanalarda sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb
  28 Fevral 2020    Oxunub:2006
Son günlər bütün dünyada geniş vüsət alan koronavirus epidemiyası ilə bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir.
Azvision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində də zəruri profilaktik və maarifləndirmə işləri aparılır, tibbi heyət bu barədə təlimatlandırılır.

Eyni zamanda, müəssisələrdə mütəmadi olaraq dezinfeksiya işləri, mövsümi olaraq hava-damcı infeksiyalarına qarşı profilaktik tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb. Müəssisəyə yeni daxil olan şəxslər ilkin tibbi müayinələrdən keçirlər.

Bütün cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında yeni nov koronavirus epidemiyasına qarşı Ədliyyə Nazirliyinin tibb xidməti tam hazırlıqlıdır, belə xəstəliyə heç bir yoluxma halı və ya bu virusun daşıyıcısı olan şübhəli şəxs yoxdur.

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi   Həbsxana  





Xəbər lenti