Nepalın yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət”də - FOTOLAR
Həmçinin qonaqlara dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası barədə məlumat verilib və Nepal tərəfinin müvafiq təşkilata qoşulması ilə əlaqədar müzakirə aparılıb.
Görüşdə dövlət idarəetməsi sahəsində son dövrdə Prezident İlham Əliyev tərəfindən reallaşdırılan islahatlar, ASAN təcrübəsinin həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi, habelə elektron hökumət sahəsindəki uğurlu fəaliyyətin BMT tərəfindən mükafatlandırılması və digər beynəlxalq səviyyəli mükafatlar diqqətə çatdırılıb.
Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, ASAN Radio, ASAN Təlim- Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara Elekton Hökumətin İnkişafı Mərkəzində Dövlət Agentliyinin müxtəlif elektron layihələri, o cümlədən “ASAN Viza”, “MyGov”, “ASAN Ödəniş”, “E-Agro”, “E-Satınalma” layihələri barədə geniş təqdimat edilib. Tərəflər arasında “ASAN Viza” təcrübəsinin öyrənilməsi və bu sistemin Nepalda tətbiqi ilə əlaqədar ilkin razılıq əldə olunub.
Nepaldan olan nümayəndə heyəti, eyni zamanda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.
Qonaqlar dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və bu qabaqcıl təcrübələrin Nepalda tətbiqinə dair maraqlarını ifadə ediblər.
Azvision.az
Teqlər: ASANxidmət