Koronavirusun dərmanı tapıldı

  28 Fevral 2020    Oxunub : 3917
 Koronavirusun dərmanı tapıldı
"Hazırda koronavirusa (2019-nCoV) təsir edə biləcəyini düşündüyümüz yeganə vasitə "Remdesivir" adlı dərmandır".
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibinin müavini Bruce Aylward deyib. O bildirib ki, dərmanla bağlı klinik sınaqlar aparılır və nəticələr əldə edildikdən sonra əlavə məlumat veriləcək.

"Amerikalı biotexnik şirkət tərəfindən hazırda dərman üzərində iki istiqamətdə araşdırma gedir. "Remdesivir" ağır və orta dərəcəli xəstələr üçün ayrı-ayrılıqda test edilir. Ebola virusunun müalicəsində istifadə edilən "Remdesivir" koronavirus ailəsinin üzvü olan MERS və SARS viruslarının müalicəsində də effektiv olub".

B.Aylward qeyd edib ki, dərmanın istehsalına başlanılmadığı üçün qiymətini indidən söyləmək çətindir.

Bəxtiyar Məmmədov
Azvision.az

Teqlər: Koronavirus