Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

 Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
  28 Fevral 2020    Oxunub:2387
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İdlibdə 33 türk əsgərinin şəhid olması ilə bağlı qardaş ölkəyə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“İdlibdə türk əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, qardaş Türkiyə”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti