Azərbaycanda “Ağıllı şəhər” yaradılır

  28 Fevral 2020    Oxunub : 2121
 Azərbaycanda “Ağıllı şəhər” yaradılır
Azərbaycanda “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd olunub.

Milli Fəaliyyət Planına əsasən, 2020-2021-ci illər ərzində “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılacaq və pilot layihə həyata keçirilməsi imkanları müəyyən ediləcək.

Qeyd olunub ki, bu işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icra ediləcək.

Azvision.az

Teqlər: Ağıllı-Şəhər   Plan   Təklif   MilliFəaliyyətPlanı