Azərbaycanda 29 fevralda doğulan 5082 nəfər var

   Azərbaycanda 29 fevralda doğulan 5082 nəfər var
  27 Fevral 2020    Oxunub:3054
Ədliyyə Nazirliyi ilin ən qısa ayı olan fevral ayı 28 gündən, dörd ildən bir isə 29 gündən ibarət olduğu üçün bu tarixdə Azərbaycanda doğulan vətəndaşlarımız barədə statistik rəqəmləri təqdim edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hazırda Azərbaycanda bu tarixdə doğulan 5082 nəfər yaşayır.

“Onlardan 2505 nəfəri kişi, 2577 nəfəri isə qadındır. Məlumata əsasən, 18 yaşına çatmayan şəxslərin sayı 1306 nəfərdir (669 kişi, 637 qadın), gənclərin (14 yaşdan 29 yaşadək) sayı 1111 nəfərdir (569 kişi, 542 qadın). Yaşı 29-dan yuxarı olan şəxslərin sayı isə 2889 nəfərdir (1.388 kişi, 1.501 qadın). Onlardan 2074 nəfəri 40 yaşdan, 1199 nəfəri 50 yaşdan, 670 nəfəri 60 yaşdan, 104 nəfəri 70 yaşdan, 48 nəfəri 80 yaşdan yuxarı olanlardır”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər:





Xəbər lenti