Nazir Baroness Emma Nikolsonla görüşüb

Nazir Baroness Emma Nikolsonla görüşüb
  27 Fevral 2020    Oxunub:1413
Fevral 27-də Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Bakıda səfərdə olan Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baroness Emma Nikolson arasında görüş baş tutub.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və “Britaniya Şurası”nın (British Council) Azərbaycan Nümayəndəliyinin direktoru Samr Şah iştirak edib.

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələləri, həyata keçiriləcək layihə və proqramlar müzakirə edilib.

Ə.Qarayev Böyük Britaniya səfərindən yenicə qayıtdığını qeyd edərək səfər çərçivəsində keçirilən görüşlər və müzakirə edilən məsələlər barədə məlumat verib. Nazir həmçinin “Britaniya Şurası” ilə mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Xanım Nikolson İraqda yaşayan yerli əhalinin ənənəvi musiqilərinin nota köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihəsinin müvəffəqiyyətlə yekunlaşdığını qeyd edərək layihənin reallaşmasında göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan tərəfindən təqdim olunan materiallar artıq nəşr edilib və Birləşmiş Krallığın ali rəhbərliyi və yüksək səviyyəli rəsmilərinə təqdim edilib. O, həmçinin ölkəmizin dərin musiqi mədəniyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Daha sonra xanım Nikolson Ə.Qarayevi cari ilin avqust ayında keçiriləcək Edinburq Mədəniyyət Sammitinə dəvət edib.

Azvision.az


Teqlər:





Xəbər lenti