Ov mövsümü martın 7-də bitəcək

Ov mövsümü martın 7-də bitəcək
  27 Fevral 2020    Oxunub:1357
Martın 7-də rəsmi olaraq ov mövsümü bitəcək. Həmin tarixdən sonra ov icazələrinin verilməsi dayandırılacaq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, martın 7-dən növbəti ov mövsümünədək ovçuluq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

“Növbəti ov mövsümünün may ayının sonu, iyunun əvvəlində açılması gözlənilir. Mövsüm başlayan zaman hər il olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə Elmi Koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha genişlənib, daha çox mütəxəssis dəvət olunub”.

Azvision.az


Teqlər: Ov  





Xəbər lenti