DSX rəisi istefaya göndərilən generallarla görüşdü - FOTOLAR

  27 Fevral 2020    Oxunub : 1880
 DSX rəisi istefaya göndərilən generallarla görüşdü - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti rəisinin müavinləri general-leytenant Asif Cəbrayılov, general-leytenant Fərhad Tağı-zadə və general-leytenant Əsgər Xəlilo-vun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının elan edilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu təntənəli tədbirin keçirildiyini qeyd edib, istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbaycanın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmərəli xidməti fəaliyyətlərinə görə təşəkkür etmiş, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına öz layiqli töhfəsini verdiyini xüsusi vurğulanıb.



Sonra Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni təltif edilən generalların ordenlərini onlara təqdim edib, dövlət sərhəd-lərinin mühafizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildiriblər.



Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı - 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə Dahi Öndər Ümummilli Liderimiz Heydər Əliyevə və cənab Prezidentə sədaqətlə xidmət etdiklərinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin mühafizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.



Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya buraxılan generallara bir daha minnətdarlığını bildirmiş, şəxsi həyatlarında uğurlar arzulayıb.














Azvision.az

Teqlər: DSX