Yeddi maşından oğurluq etdi, narkotiklə tutuldu

Yeddi maşından oğurluq etdi, narkotiklə tutuldu
  27 Fevral 2020    Oxunub:1635
Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, video qeydiyyat qurğusu, geyim əşyaları və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti