Aksizi olmayan 176 min siqaret aşkarlandı

  27 Fevral 2020    Oxunub : 1009
Aksizi olmayan 176 min siqaret aşkarlandı
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən mənzilin qarajında aksiz markası olmayan siqaretlərinsaxlanılmasına və həmin ərazidən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı avtomobil ilə daşınmasına dair əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Baxış zamanı qarajda və avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilkdə 176 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.


Azvision.az

Teqlər: DGK