“Rusiyanın dəstəyi olmasa, Əsəd ayaq üstə dura bilməz” - Ərdoğan

“Rusiyanın dəstəyi olmasa, Əsəd ayaq üstə dura bilməz” -  Ərdoğan
  27 Fevral 2020    Oxunub:2201
İdlibdə üç şəhidimiz var, rejim güclərinin itkisi daha böyükdür. Biz İdlibdə mücadiləni davam etdirəcəyik.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, İdlibdə hadisələrin istiqaməti Türkiyənin lehinə dəyişib.

Bundan əlavə, Ərdoğan Rusiya ilə təmasların davam etdiyini vurğulayıb: “Rusiyanın, İranın dəstəyi olmasa, Əsədin ayaq üstə durması mümkün deyil. Onun arxasında PKK/YPG var. Biz isə Suriya Milli ordusu ilə ordayıq və mübarizəni davam etdirirk. Türkiyə bölgədə terror istəmir. Biz bu torpaqlarda dincliyin, sülhün olmasını istəyirik".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan   Suriya  





Xəbər lenti