Koronavirusdan qorunmaq üçün bilməli olduğumuz məlumatlar - VİDEO

Koronavirusdan qorunmaq üçün bilməli olduğumuz məlumatlar -  VİDEO
  27 Fevral 2020    Oxunub:18402
İlk dəfə Çində aşkar edən yeni növ koronavirus (COVID-19) dünyanın əksər ölkələrində yayılmaqdadır. Azərbaycanla qonşu ölkələrdə bu virusa yoluxanların sayının artması insanlar arasında təşvişə səbəb olur.
İndi hamını maraqlandıran bir məqam var: Koronavirusdan necə qorunmaq lazımdır?

Azvision.az koronavirusdan qorunmaq üçün hər kəsin bilməli olduğu vacib məlumatları təqdim edir:



1. İnfeksiya riskini azaltmaq üçün əllərinizi sabun və su ilə yuyun. Özünüzü infeksiyadan qorumaq üçün mümkün qədər tez-tez əllərinizi sabunla yumağa çalışın. Sabunu əllərinizin dərisinə 20-30 saniyə sürtün, sonra əllərinizi isti su ilə yaxşıca yuyun.
2. Gözlərə, burun və ya ağzınıza çirkli əllərlə toxunmayın.
3. Öskürən və ya asqıran insanlardan uzaq durun.
4. Səthləri gündəlik dezinfeksiya edin. Koronavirus qapı tutacaqları, dəzgahlar və kranlar da daxil olmaqla müxtəlif səthlərdə bir müddət qala bilər.
5. İctimai yerlərdə olduğunuz zaman birdəfəlik tibbi maska taxın.
6. Panikaya düşməyin və narahat olmayın.

Xəstə insana necə qulluq etmək olar?

1. Xəstələrə qulluq zamanı fərdi qorunma vasitələrindən istifadə edin.
2. Ev əşyalarından xəstələnən şəxslərlə birgə istifadə etməyin.
3. Virusu məhv etmək üçün paltarları yüksək temperaturda yuyun.
4. Tez-tez otağın havasını dəyişin

Virusun heyvanlardan ötürülməsinin qarşısını necə almaq olar?

1. Əti və yumurtanı yaxşıca qızdırın
2. Heyvanlarla kontaktı məhdudlaşdırın
3. Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əllərinizi sabun su ilə yuyun

Koronavirusa yoluxduğunuzdan şübhələnirsinizsə, dərhal həkimə müraciət edin. Tənəffüs infeksiyasının simptomları varsa, evdə qalın. Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəniyinizin qolu və və ya dirsək bükümünüzlə örtün.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti