Səfir Naxçıvana uçuşların dayandırılmasına aydınlıq gətirdi

Səfir Naxçıvana uçuşların dayandırılmasına aydınlıq gətirdi
  27 Fevral 2020    Oxunub:3279
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türk Hava Yollarının Naxçıvana uçuşları müvəqqəti olaraq dayandırmasına aydınlıq gətirib.

Azvision.az xəbər verir ki, Özoral Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında quru sərhədin bağlı olmadığını, nəqliyyatın sərbəst hərəkət etdiyini deyib.
Səfirin sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar havada sərnişinlərə nəzarət etmək mümkün olmadığından Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb: “Koronavirus təhlükəsi ilə bağlı hələlik bir söz demək mümkün deyil. Bu səbəbdən uçuşların nə vaxt bərpa olunacağını indidən söyləmək olmur”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Səfir   Naxçıvan  





Xəbər lenti