Gürcüstan giriş-çıxışı məhdudlaşdırdı - Səfirlik məlumatı təsdiqlədi
Məhdudiyyətin 2 həftə ərzində qüvvədə qalması planlaşdırılır.
Səfirlik onu da bildirib ki, bu günə qədər Tbilisi xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. İrandan Azərbaycan vasitəsilə vətəninə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşında təhlükəli virus aşkarlanıb. Onun vəziyyəti hazırda stabil olaraq qiymətləndirilir.
Pərvanə Sultanova
Azvision.az