İran parlamentinin komissiya sədri koronavirusa yoluxub

  27 Fevral 2020    Oxunub : 1082
İran parlamentinin komissiya sədri koronavirusa yoluxub
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnur koronavirusa yoluxub.
Azvision.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə deputat özü bəyan edib. Onun sözlərinə görə, analizin nəticələri müsbət olub, yəni virus aşkarlanıb. Komissiya sədri hazırda karantin altında saxlanılır.

Xatırladaq ki, İranda yeni növ koronavirusdan ölənlərin sayı 22-yə, yoluxanların sayı isə 141-ə çatıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Koronvirus