Səhiyyə Nazirliyi: 186 nəfər həkim nəzarətindədir

Səhiyyə Nazirliyi: 186 nəfər həkim nəzarətindədir
  27 Fevral 2020    Oxunub:4312
Ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 7-si Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.

Azvision.az


Teqlər: Səhiyyə   Nazirlik  





Xəbər lenti