İlham Əliyevə Uels millisinin forması hədiyyə edildi - FOTO

İlham Əliyevə Uels millisinin forması hədiyyə edildi -  FOTO
  27 Fevral 2020    Oxunub:5038
Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi və məhsuldar görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” paylaşımında bildirilib.

Qeyd edilib ki, görüşdə Cənub Qaz Dəhlizi layihəsi, Böyük Britaniyanın Azərbaycanın bərpa olunan enerji sektoruna sərmayə qoymağa hazır olması və Böyük Britaniyanın noyabr ayında COP26 – iqlim dəyişikliyi konfransına ev sahibliyi etməsi, həmçinin karbon emissiyalarının (CO2) azaldılması ilə bağlı planları da daxil olmaqla, bir çox vacib məsələlər müzakirə edilib.

Görüşün əvvəlində Bakının da ev sahibi olduğu 2020-ci il futbol üzrə Avropa çempionatında Uels milli komandasının iki oyununun burada keçirəcəyini bildirən Baronessa Nikolson Prezident İlham Əliyevə Uels yığmasının formasını hədiyyə edib və dövlət başçısına bu mötəbər idman tədbirinin ev sahibliyində uğurlar arzulayıb.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti