Hotellərə 36 ay vaxt veriləcək

Hotellərə 36 ay vaxt veriləcək
  27 Fevral 2020    Oxunub:1510
Hotellərin ulduz təsnifatı proseduru zamanı iki audit iştirak edəcək.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib.

Onun sözlərinə görə, auditor hotelləri yoxlayacaq, onlayn qiymətləndirməni sahibkara və menecerə təqdim edicək. "Təsnifat zamanı uyğunsuzluq aşkar olunarsa, onu aradan qaldırması üçün hotellərə 36 ay vaxt veriləcək. Yoxlanışdan sonra auditorlar rəyi Keyfiyyət və Qərəzsizlik Komissiyasına göndərəcək. Hotel tərəfindən edilən müraciət kateqoriyaya uyğun olmadıqda hotelə yazılı şəkildə bildiriş göndəriləcək".

R.Niyazov onu da əlavə edib ki, hotel verilən qərardan razı olmazsa, bu barədə Apellyasiya Komitəsinə müraciət edə bilər: "Komitənin qərarından sonra hoteldə yenidən audit keçirə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Otel   Ulduz  





Xəbər lenti