Turizm Agentliyi: “Hər bir ssenariyə hazırıq”

     Turizm Agentliyi:    “Hər bir ssenariyə hazırıq”
  27 Fevral 2020    Oxunub:1606
Cari ilin yanvar ayında Azərbaycana gələn turistlərin sayında 18 faiz artım qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, fevral ayında da artımın olacağı gözlənilir.

K.Quluzadə hesab edir ki, martın birinci yarısının sonunda turizm bazarında tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin neçə dəyişəcəyi dəqiq bilinəcək.

"Biz ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Hazırki durumda rəqəmləri proqnozlaşdırmaq çətindir. Ötən ilin sonunda biz ölkəyə gələn xarici vətəndaşların sayında 10 faizlik artım proqnozlaşdırırdıq. Yəqin ki, bu il həmin rəqəm alınmayacaq. Dövlət Turizm Agentliyi hər bir ssenariyə hazırdır. Bildirim ki, ölkədə Novruz bayramına hazırlıqlar davam edir. Novruzla əlaqədar şənliklərin keçirilməsi, tədbirlərin təşkil olunması və digər işlərin hamısı qüvvədədir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Agentlik  





Xəbər lenti