Səudiyyə Ərəbistanı Ümrə ziyarətini dayandırdı

Səudiyyə Ərəbistanı Ümrə ziyarətini dayandırdı
  27 Fevral 2020    Oxunub:4396
Səudiyyə Ərəbistanı yeni növ koronavirusun yayılması ilə əlaqədar Ümrə və Məscid ən-Nəbəviyə (Peyğəmbər məscidi) ziyarətləri müvəqqəti olaraq dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatda beynəlxalq təşkilatlar və hökumətlərin, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu epidemiyanın qarşısını almaq üçün göstərdiyi səylərin dəstəklənəcəyi qeyd edilib:

"Səhiyyə orqanlarının tövsiyələri və virusun yayılmasının qarşısını almaq üçün görülən qabaqlayıcı tədbirlər çərçivəsində, Ümrə və Peyğəmbər məscidinə ziyarət üçün Səudiyyə Ərəbistanına girişin müvəqqəti olaraq dayandırılması qərara alındı".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ümrə   Ziyarət   Səudiyyə  





Xəbər lenti