Bakı polisi bir gündə 20 nəfəri saxladı

 Bakı polisi bir gündə 20 nəfəri saxladı
  27 Fevral 2020    Oxunub:1624
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da 32 cinayətin üstü açılıb. Onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 7, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 16 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə, 20 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti