Bakıda ağır yol qəzası: 3 nəfər öldü

   Bakıda ağır yol qəzası:    3 nəfər öldü
  26 Fevral 2020    Oxunub:3469
Bakıda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Bakı   Qəza   Yol  





Xəbər lenti