Piyadanı öldürüb qaçan sürücü tutuldu

Piyadanı öldürüb qaçan sürücü tutuldu
  26 Fevral 2020    Oxunub:1676
Fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova naməlum avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti