Bakıda avtobus qəzası – yaralı var + FOTO

  26 Dekabr 2013    Oxunub : 584
Bakıda avtobus qəzası – yaralı var + FOTO
Bakıda növbəti avtobus qəzası olub.
AzVision.az-ın məlumatına görə, hadisə bir neçə dəqiqə öncə paytaxtın Nobel prospektində baş verib.

İlkin məlumatlara görə, yüksək sürətlə hərəkət edən marşrut avtobusu yol ayrıcında yük maşını ilə toqquşub. Hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsinin yaralandığı bildirlir. Əraziyə bir neçə təcili tibbi yardım maşını cəlb olunub.

Hadisənin avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal edilir.

Mirvari Nəcəf

Teqlər: