FHN bulvarda intihar edən tələbəni axtarır

 FHN bulvarda intihar edən tələbəni axtarır
  26 Fevral 2020    Oxunub:2187
Bakı bulvarında özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadənin axtarışları davam etdirilir.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib. Onun sözlərinə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, fevralın 25-də Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti