Zərdabda birmərtəbəli ev külə döndü

Zərdabda birmərtəbəli ev külə döndü
  26 Fevral 2020    Oxunub:1493
Zərdab rayonunun Nəzəralılı kəndində ümumi sahəsi 220 kvadratmetr olan evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə birmərtəbəli ev tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti