Bakıda “Əgər SƏN olsaydın?” adlı Forum-Teatr lahiyəsi keçiriləcək

Bakıda “Əgər SƏN olsaydın?” adlı Forum-Teatr lahiyəsi keçiriləcək
  26 Fevral 2020    Oxunub:3196
"SÜLH ÜÇÜN AVROPALILAR" proqramı çərçivəsində “Əgər SƏN olsaydın” adlı Forum-Teatr lahiyəsi keçiriləcək.
Azvision.az xəbər verir ki, 7-9 mart tarixində baş tutacaq layihənin təşəbbüskarı AzVision.az saytının müxbiri Leyla Cabbarzadədir.

Leyla Cabbarzadənin sözlərinə görə, layihənin dəstəkçisi Almaniyanın EVZ fondudur. Layihənin təşkilində "Sağlam Düşüncə" Gənclər Təşkilatı, İLM-learn beynəlxalq təhsil mərkəzi və Ritual mobil teatr laboratoriyası iştirak edir.

Müasir dövrümüzün aktual problemlərindən olan qul ticarəti və insan alverinə həsr olunmuş layihənin əsas məqsədi iştirakçıları maarifləndirmək və bu problemin aradan qaldırılması istiqamətində onları yeni təşəbbüslərə təşviq etməkdir.

Layihə çərçivəsində iştirakçılara sözügedən problemlə bağlı Azərbaycan qanunvericiliyi və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi üzrə təlimlər nəzərdə tutulub.

Azərbaycan və ingilis dillərində keçiriləcək təlimlərdə iştirakçılar qul ticarəti və insan alveri ilə bağlı təsəvvürlərini genişləndirmək şansı əldə edəcəklər.

Yeni biliklər mənimsəyən iştirakçıların yazacaqları ssenarilər əsasında Forum-Teatr nümayiş etdiriləcək. Forum-teatr tamaşaçılara həyati hadisələrə qarşı empati qurmaq qabiliyyətini inkişaf etdirmək imkanı qazandıracaq. 3 günlük tədbirin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Layihədə iştirak etmək üçün aşağıdakı elektron ərizə formasını doldurmaq tələb olunur. Qeydiyyat üçün son tarix fevralın 28-də bitir.
AzVision.az




Teqlər:





Xəbər lenti