Faktiki hava şəraiti: Güclü külək, yağış, qar
Fevralın 25-də Xaltanda 12, Daşkəsəndə 10, Qubada 9, Qrızda 8, Gədəbəy, Altıağacda 7, Göygöl, Qusarda 6, Mərəzədə 4, Şahdağ, Şamaxı, Sarıbaşda 3, Lerik, Xınalıqda 2, Kişçay, Ağdərədə 1 mm qar yağıb. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Qrızda 36, Şahdağ, Xınalıqda 30, Ağdərədə (Ordubad) 27, Sarıbaşda (Qax) 25, Daşkəsəndə 15, Xaltanda 12, Gədəbəydə 10, Altıağacda 8, Qubada 7, Göygöldə 5, Qusarda 4 sm olub.
Astarada 5, Lənkəran, Şabranda 3, Ağstafada 2, Naxçıvan, Ordubad, Sədərək, Gəncə, Tovuz, Balakən, Sabirabad, Cəfərxan, Qazıməmməd, Bakıda və Abşeron yarımadasında 1 mm yağış yağıb. Havanın minimal temperaturu dağlıq rayonlarda 2-7, yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta təşkil edib.
Azvision.az