Sürücülərin nəzərinə! - Bu yollar bağlıdır

   Sürücülərin nəzərinə! -    Bu yollar bağlıdır
  26 Fevral 2020    Oxunub:2027
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçirilir.

Azvision.az xəbər verir ki, tədbirdə təhlükəsizliyin təmini məqsədilə bəzi yollar bağlanıb. Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.
Belə ki, hərəkət Neftçilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.

Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılıb və istiqaməti dəyişdirilib.

Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə olunur.

Azvision.az



Teqlər: Xocalı   Sürücü   Yol  





Xəbər lenti