İsgəndər Həmidov vəfat edib

 İsgəndər Həmidov vəfat edib
  26 Fevral 2020    Oxunub:3720
Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla bildirib. Uzun müddət xəstəlikdən əziyyət çəkən İ.Həmidov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Daxili İşlər naziri vəzifəsində çalışıb.

Azvision.az


Teqlər: İsgəndər-Həmidov  





Xəbər lenti