Şikayət olunan dairənin iki məntəqəsi ləğv edildi

  25 Fevral 2020    Oxunub : 1075
Şikayət olunan dairənin iki məntəqəsi ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz ikinci seçki dairəsindən deputatlığa namizəd Abbaszadə Nurlan Vahid oğlu, Cabbarov Mirhəsən Miri oğlu və digərlərinin müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçilər pozuntuların olduğunu əsas gətirərək müraciətlərində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb ediblər: “Təqdim olunan materialların araşdırması zamanı 4 və 6-cı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab edilməli və şikayət qismən təmin olunmalıdır".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki