Lavrov və Mnatsakanyan Qarabağı müzakirə etdi

  25 Fevral 2020    Oxunub : 2283
 Lavrov və Mnatsakanyan Qarabağı müzakirə etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat yerləşdirilib.

"Xarici işlər orqanlarının rəhbərləri ikitərəfli və regional gündəmin aktual mövzularını müzakirə ediblər, Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Ermənistan və Rusiya XİN rəhbərləri sonuncu dəfə ötən ilin noyabr ayında İrəvanda görüşüblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Lavrov   Ermənistan