Gəncədə soyğunçuluq edənlər saxlanıldı - FOTO

Gəncədə soyğunçuluq edənlər saxlanıldı -    FOTO
  25 Fevral 2020    Oxunub:4609
Fevralın 19-da Gəncə şəhər sakini E.Əhmədovanın yaşadığı binanın dəhlizində boynunda olan 3 200 manatlıq qızıl boyunbağını açıq yolla talayaraq ona qarşı soyğunçuluq edilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağdam şəhər sakini, 26 yaşlı Əyyub Razimco və Bərdə şəhər sakini, 23 yaşlı Surxay Həsənov şübhəli şəxs qismində maddi sübutla birlikdə saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadisələrini etiraf edərək boyunbağını Bərdə şəhərində 2 330 manata satdıqlarını və əldə etdikləri pulu xərclədiklərini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti