“Miqrasiya məktəbi-2” layihəsi çərçivəsində təlim keçirilib - FOTO

“Miqrasiya məktəbi-2” layihəsi çərçivəsində təlim keçirilib -    FOTO
  25 Fevral 2020    Oxunub:2055
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi iştirakçılarına “Əcnəbilərin əmək fəaliyyətinin tənzimlənməsi” və “Miqrasiya barədə məlumat: əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri” mövzularında təlimlər təşkil edilib.
DMX-dan Azvision.az -a verilən məlumata görə, təlimçilər - Xidmət əməkdaşları Zaur Hacıyev və İradə Bağırlı miqrasiya prosesləri və bu proseslərin tənzimlənməsi, əmək miqrasiyasının idarə olunması, iş icazələrinin verilməsi qaydaları, qloballaşma dalğasının beynəlxalq əməkdaşlığın inkişafında rolu, eləcə də əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Azvision.az


Teqlər: DMX  





Xəbər lenti