Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşüblər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Cumhurbaşkanı Erdoğan, Azerbaycan'da resmî törenle karşılanıyor https://t.co/uddj7No3DP
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) February 25, 2020
Azvision.az