Novruz bayramı ərəfəsində əfv olacaq? - AÇIQLAMA

   Novruz bayramı ərəfəsində əfv olacaq? -    AÇIQLAMA
  25 Fevral 2020    Oxunub:4499
“Əvvəlki illərin təcrübəsinə əsasən Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamları verilirdi. Lakin bu il üçün Əfv Məsələləri üzrə Komissiyanın iclasları keçirilməyib”
Bunu Azvision.az -a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu il böyük siyasi kampaniya və növbədənkənar parlament seçkiləri keçirildiyi üçün ölkədə bütün diqqət bu proseslərə fokslanıb.

“Parlament seçkilərində namizədliyini verən şəxslərin bəziləri komissiyanın üzvləridir. Dövlət qurumlarında da dəyişikliklər oldu. Bütün bunlar texniki dəyişiklikləri zəruri edir. İstisna etmirəm ki, bu il ərzində əfv sərəncamı olacaq. Amma əfvin nə zaman olacağını Prezident müəyyənləşdirir. Bütün hallarda Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru fasiləsiz işləyir. Onlar daxil olan müraciətləri emal edirlər, müvafiq rəylər alırlar. Bu proses fasiləsiz gedir. Komissiyanın iclasları keçiriləndə, mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, bu il Azərbaycanda Novruz bayramı ərəfəsində əfvin olacağı gözlənilirdi.

Aytən Zəhra
Azvision.az


Teqlər: Novruz   Bayram   Əfv  





Xəbər lenti