Şəhid əsgərimiz dəfn olundu - YENİLƏNİB

  25 Fevral 2020    Oxunub : 3401
 Şəhid əsgərimiz dəfn olundu - YENİLƏNİB
Ötən gün şəhid olan Azərbaycan əsgəri İbrahim Vəliyevlə vida mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, mərasim şəhidin ailəsinin məskunlaşdığı Zərdab rayonunda təşkil olunub. Vida mərasimindən sonra şəhidin nəşi Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb.



Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan İbrahim Vəliyev Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısını alarkən şəhid olub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Şəhid   Dəfn