Çində koronavirusa yoluxma halları azalıb
Qeyd olunub ki, Hubeyin xaricində son sutka ərzində 9 yeni yoluxma faktı aşkarlanıb, sağalmış xəstələrin sayı isə 13-cü gün ərzində min nəfəri keçib.
Ümumilikdə ötən gün ölkə daxilində 508 yeni yoluxma faktı aşkar edilib, bunlardan 499-u Hubey əyalətində qeydə alınıb. Bununla belə, Səhiyyə Komitəsi virusdan sağalanların sayında müsbət dinamikanın olduğunu bəyan edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin Koronavirus