Dindirilmə zamanı həmin şəxs evlərə gecə saatlarında qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətləri dəyərindən xeyli ucuz qiymətə - 250 manata satan V.Mursaibov, əldə etdiyi pulları xərclədiyini bildirib.
Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb. Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Azvision.az
Teqlər: DİN