Ərdoğan Bakıya gəldi - FOTO (YENİLƏNİB)

 Ərdoğan Bakıya gəldi -  FOTO (YENİLƏNİB)
  25 Fevral 2020    Oxunub:12074
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfərə gəlib.
Azvision.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.





***
(11:02)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.

Azvision.az xəbər verir ki, Ərdoğan səfərdən öncə Ankaranın Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya gəlir.

***
(09:27)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərə gəlir.

Azvision.az xəbər verir ki, Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.

İclasda iki ölkə arasında əlaqələrə mühüm töhfə verəcək bir sıra sazişlərin imzalanacağı bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti