Səfirlikdən Türkiyə-Naxçıvan sərhədinin bağlanmasına münasibət

Səfirlikdən Türkiyə-Naxçıvan sərhədinin bağlanmasına münasibət
  25 Fevral 2020    Oxunub:2812
İranda yayılmış koronavirus səbəbindən Türkiyə ilə sərhəddə bəzi tədbirlər görülür.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində Naxçıvandan Türkiyəyə keçiddə bəzi addımlar atılıb: "Bu addımların Naxçıvana zərər verməməsi üçün tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə təmaslar davam edir".

Qeyd edək ki, İranda koronavirusun yayılması ilə əlaqədar Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanıb.

Azvision.az


Teqlər: Türkiyə   Səfirlik  





Xəbər lenti