Ləman Ələşrəfqızının şikayətinə cavab - MSK qərar verdi

Ləman Ələşrəfqızının şikayətinə cavab -  MSK qərar verdi
  25 Fevral 2020    Oxunub:3862
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd İsmayılova Ləman Aləşrəf qızının müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 29, 30 və 43 saylı məntəqələrdə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti