İrandan gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi

 İrandan gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi
  25 Fevral 2020    Oxunub:3629
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Azvision.az -a daxil olan məlumatda bildirilib ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 2 nəfərin yerləşdirilməsi barədə artıq xəbər verilib. Hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Heç bir şikayətləri yoxdur. Həkim müşahidələri davam edir.

Bundan başqa, İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər isə xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib.

Onlar 1983-cü il təvəllüdlü Xaçmaz və 1981-ci il təvəllüdlü Quba rayon sakinləridir. Hər iki şəxs İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir qədər yüksək olub. Bu səbəbdən onlar həkim müşahidəsi üçün xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriliblər.

Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində hər hansı problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Azvision.az



Teqlər: İran   Xəstəxana  





Xəbər lenti